Almaniya millisinin baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib. Onun məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən 59 yaşlı mütəxəssis Frayburqda xəstəxanaya aparılıb. Bildirilir ki, səhhətindəki problemlərə görə Löv Avro-2020-nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə matçları buraxacaq.