XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə İspaniyada beynəlxalq seminar başlayıb
MOK 10:14 / 04.12.2019

Dekabrın 3-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi və "Olympic Channel”in yardımı ilə Madriddə ikinci rəqəmsal kommunikasiya və media seminarı işə başlayıb. "Olympic Channel”in ofisində üç gün davam edəcək seminarda Albaniya, Sloveniya, Slovakiya, Serbiya, Türkiyə, Belarus, Çexiya, Polşa və Xorvatiya Milli Olimpiya komitələrinin nümayəndələri iştirak edirlər. Seminarda "Olympic Channel”dən, Olimpiya Oyunlarında kommunikasiya və sosial mediadan istifadə, kommunikasiyanın əsasları müzakirə olunacaq. Xatırladaq ki, MOK artıq ikinci dəfədir rəqəmsal kommunikasiya və media seminarı keçirir.

223328 oxunub

InvestAZ