XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Olimpiya mükafatçısı üç dəfə yerini dəyişdi, nəticəsi çəkisi kimi ağır oldu 
İdman 21:55 / 08.05.2025
Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş üzrə gürcüstanlı gümüş mükafatçısı Yakob Kajaya antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.
"Olimpiyadunyasi.com" "Reuters"ə istinadən xəbər verir ki , Beynəlxalq Test Agentliyinin (ITA) sanksiyalarına səbəb onun üç dəfə yer dəyişikliyi edib, məlumat verməməsi ilə bağlıdır. Belə ki, Kajaya 2023-cü ildən başlayaraq, 12 ay ərzində olduğu yer haqqında etibarlı məlumat verməyib. Bu isə dopinq pozuntusuna bərabərdir.
Yekun qərara görə o, 2027-ci ilin aprel ayına qədər yarışdan kənarlaşdırılıb. Eyni zamanda 2024-cü ildən bu günə qədər bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, 31 yaşlı gürcüstanlı Tokio-2020-də 130 kq çəki dərəcəsində finalda əfsanəvi kubalı Mijain Lopez Nunesə uduzaraq, gümüş medalla kifayətlənmişdi.
15326 oxunub

InvestAZ