Mayın 9-dan 11-dək Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
"Olimpiyadunyasi.com" xəbər verir ki, cüdoçuların "kiçik dünya çempionatı" adlandırdığı yarışda 44 ölkədən 358 (202 kişi, 156 qadın) cüdoçu qüvvəsini sınayacaq. Yarışda ölkəmiz üç çəki dərəcəsində üç qadın cüdo ilə təmsil olunacaq.
Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən Könül Əliyeva (-48 kq) 1/16 finalda cənubi koreyalı Kyonxa Li (Cənubi Koreya) ilə qarşılaşacaq. Millimizin digər üzvlərindən Gültac Məmmədəliyeva (-52 kq) 1/16 finalda fransalı Lea Bereslə, Fidan Əlizadə (-57 kq) isə eyni mərhələdə Medine Orazniyazova (Türkmənistan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, sabah start götürəcək yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 09:00-da, final bloku isə 16:00-da başlayacaq.
586 oxunub