XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Klassiklərimiz beynəlxalq turniri 6 medalla başa vurdular
İdman 23:54 / 08.05.2025

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilən "Çempionlar” turnirini 3 gümüş və 3 bürünc medalla başa vurublar.

"Olimpiyadunyasi.com" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki,idmançılarımız ilk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanıblar.

Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz ənənəvi turniri 6 medalla tamamlayıb. Daha öncəTuran Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Qeyd edək ki, "Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.


17474 oxunub

InvestAZ