XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
Olimpiya Hərəkatı 18:18 / 04.03.2022
Bu gün Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti də Qış Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib. Tədbirdə dövlət bayrağını yerli Təşkilat Komitəsinin üzvlərindən biri daşıyıb. Azərbaycan paradda iştirak edən 18-ci ölkə olub. Açılışda komandanın missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov da iştirak edib.
Tamaşaçılar önündən Belçika birinci, Yaponiya ikinci, Danimarka isə üçüncü keçib.
Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə zədə səbəbindən hələlik Çinə yollana bilməyib. Onun martın 6-a Pekinə səfər edəcəyi gözlənilir. Ramazanzadənin çıxışı martın 9-da baş tutacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları martın 13-dək davam edəcək.

28156 oxunub

InvestAZ