XƏBƏR LENTİ
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Nazir “Kayrat” azarkeşlərini məyus etdi
İdman 16:55 / 03.09.2025

UEFA Çempionlar Liqasına vəsiqə qazana Almatı təmsilçisi "Kayrat”ın oyunlarının Astanada keçirilməsi nəzərdə tutulmayıb.

"Almatıdakı stadion Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) dördüncü kateqoriyalı arenasıdır. O, standartlara cavab verir, biz orada oyunları keçirməyi planlaşdırırıq", - deyə Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov parlamentin hər iki palatasının iclasından sonra bildirib.

Xatırladaq ki, Çempionlar Liqasına ilk dəfə vəsiqə qazanan"Kayrat” "Real”, "İnter”, "Brügge”, "Arsenal”, "Olimpiakos”, "Sportinq”, "Pafos” və "Kopenhagen”lə oynayacaq.


186 oxunub

InvestAZ