XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Finlandiyalı neyrocərrah bədbin danışıb
TV 14:42 / 09.10.2024

Xəbər verdiyimiz kimi, ötən ayın sonunda əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin qızı Cina Marianın toy mərasimi keçirilib. Media üçün qapalı olan həmin mərasimdə 2013-cü ildən bəri ilk dəfə Şumaxerin də kütlə qarşısına çıxdığı bildirilir. Məşhur finlandiyalı neyrocərrah Jussi Postinin qeyd edir ki, Şumaxerin vəziyyəti ağırdır və onun yaxşılaşma ehtimalı çox azdır.

umaxer haqqında əlimizdə olan bütün məlumatları nəzərə alsaq, onun hələ də əvvəlki kimi ağır vəziyyətdə olduğunu deməliyik. Məlumdur ki, bütün yataq xəstələri hərəkətsiz və hər şeyə qarşı çox həssas olurlar. İnsanı 11 il belə vəziyyətdən sonra ayağa qaldırmaq sadəcə möcüzə ola bilər. Ona görə də şəxsən mən Şumaxerin yaxşılaşdığına inanmıram. Bütün xəstələrin sağalması üçün orta hesabla iki il vaxt ayrılır. Əgər zaman keçirsə, deməli vəziyyət heç də yaxşı deyil”, - deyə "İltalehti portalı Postidən sitat gətirib.

Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq, kəllə-beyin travması alıb.


1014 oxunub

InvestAZ