XƏBƏR LENTİ
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Cüdoçularımız Avropa çempionatı üçün Bratislavaya yola düşüblər
İdman 11:50 / 03.09.2025

Sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislava şəhərinə cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Qitə çempionatında 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.Ölkəmiz yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Bu gün səhər saatlarındakomandamızın üzvləri Avropa çempionatında iştirak etmək üçünSlovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.



227 oxunub

InvestAZ