XƏBƏR LENTİ
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Azərbaycan Dünya Badminton Federasiyasının Parisdə keçirilən Şura iclasında təmsil olunub
İdman 14:55 / 03.09.2025
Azərbaycan Dünya Badminton Federasiyasının (BWF) Fransanın paytaxtı Parisdə keçirilən Şura iclasında təmsil olunub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, badmintonun qlobal inkişafı üzrə əsas idarəetmə və strateji məsələlərin müzakirə olunduğu toplantıda dünyanın müxtəlif yerlərindən BWF Şura üzvləri bir araya gəlib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropanı təmsil edən BWF Şura üzvü statusunda iclasa qatılıb.

Taleh Ziyadov 2025-ci ilin aprelində Çinin Simen şəhərində keçirilən 86-cı BWF İllik Ümumi Yığıncağında dörd il müddətinə BWF Şurasına seçilib. BWF Şurası dünya miqyasında 203 üzv ölkəni təmsil edir və 600 milyon badminton azarkeşi və 300 milyon oyunçunu öz aralarında birləşdirir. Şuranın işi strateji planlaşdırma, idarəetmə nəzarəti və bütün qitələrdə badmintonun inkişafının təşviqinə yönəlib.

Azərbaycanın da təmsil olunduğu Şura iclası badmintonun ən nüfuzlu tədbirlərindən biri olan dünya çempionatı zamanı keçirilib. Mundialda Azərbaycan mühüm nailiyyət qazanıb – beynəlxalq reytinqdə 78-ci yerdə olan təmsilçimiz Edi Resky Dviçayo birinci turda Yaponiyanın dünya reytinqində 19-cu yerdə olan idmançısı Koki Vatanabeyə qalib gəlib.

233 oxunub

InvestAZ