XƏBƏR LENTİ
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
İdman 15:53 / 03.09.2025

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib. 

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək III MDB Oyunlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, III MDB Oyunlarında avarçəkmə yarışları "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.


241 oxunub

InvestAZ