Sentyabrın 9-13-də Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-vaza üzrə seminar keçiriləcək.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək
təlimləri təcrübəli yapon mütəxəssislər - 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai aparacaqlar.
İştirak üçün müraciət edən ilk 40 məşqçi seminara qəbul olunacaq.
Seminarı uğurla başa vuran məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunacaq.
327 oxunub