Bu gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadasına start verilib.
Sentyabrın 9-dək davam edəcək multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Yarışlarda ölkəmiz ümumilikdə 9 çəki dərəcəsində 9 (7 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək. Kişilərin yarışında Bahadır Feyzullayev (-60 kq), Nurlan Kərimli (-66 kq), Mehdi Cəfərov (-73 kq), Mehdi Abbasov (-81 kq), Cəsur İbadlı (-90 kq), Əli Qazıməmmədov (-100 kq) və Qurban Məmmədli (+100 kq) tatami üzərinə çıxacaq. Qadınların yarışında isə -48 kq çəki dərəcəsində Könül Əliyeva -70 kq çəkidə isə Südabə Ağayeva mübarizə aparacaq.
248 oxunub