XƏBƏR LENTİ
21 Yanvar 2025
20 Yanvar 2025
19 Yanvar 2025
17 Yanvar 2025



34 yaşına qədər “şəhərlilər"lə birlikdə olacaq
İdman 11:06 / 21.01.2025
"Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland "şəhərlilər"lə müqaviləsini 2034-cü ilin yayına qədər artırıb. "The Athletic” xəbər verir ki, o, 9 il yarım müddətə klubun formasını geyinəcək. Mənbənin sözlərinə görə, Haaland klubda ən çox maaş alan futbolçu olacaq. Bunun idman tarixinin ən bahalı sövdələşmələrindən biri olduğu bildirilir.
24 yaşlı norveçli bu mövsüm klubda 28 oyunda 21 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

54 oxunub

InvestAZ