Yeniyetmə və gənc qızlardan ibarət voleybol üzrə milli komandaların baş məşqçisi Şahin Çatma "Gəncə" VK-nın Voleybol Akademiyasının istedadlı idmançıları
ilə görüşüb.
Klubunun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdə "Gəncə" VK-nın prezidenti Elvar Osmanov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, eləcə də, Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov da iştirak ediblər.
Görüş çərçivəsində Şahin Çatma yeniyetmə voleybolçulara öz məsləhətlərini verib, onları maraqlandıran sualları cavablandırıb. Məşqçi idmançılara voleybolun texniki və taktiki incəlikləri, komanda prosesində çalışma zamanı üzə çıxan çətinliklərin aradan qaldırılması yolları və peşəkar idmançı olmağın əsas prinsipləri barədə məlumat verib.
Uşaq voleybolunun önəminin xüsusi vurğulandığı görüşdə "Gəncə" VK-nın Azərbaycan Voleybol Federasiyasının "Volleyball Kids" layihəsinə verdiyi davamlı dəstək xüsusi vurğulanıb. Layihənin əsas məqsədi uşaq və yeniyetmələr arasında voleybolun kütləviliyinə nail olmaq, istedadlı idmançıların aşkara çıxarılması və onların peşəkar idman aləminə qazandırılmasıdır. "Gəncə" VK bu istiqamətdə mütəmadi olaraq yeni nəsil idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirir.
Türkiyəli mütəxəssis yeniyetmə voleybolçların məşqini izləyib və sonda xatirə şəkli çəkdirilib.
351 oxunub