"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"ın keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonla görüşüb. Görüşdə klubun gələcəyi barədə müzakirə aparılıb. "Ser Alekslə bir neçə dəfə danışmışam. Klubun tarixini bilirəm, amma indi bu klubun baş məşqçisi olmaq çox çətindir”, - deyə Amorimin bu sözləri "Radio 5 Live"ə müsahibəsində bildirib.
Xatırladaq ki, 22 turdan sonra "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.