XƏBƏR LENTİ
22 Yanvar 2025
21 Yanvar 2025
20 Yanvar 2025
19 Yanvar 2025
17 Yanvar 2025



"Qarabağ"ın oyunu slovakiyalı hakimlərə həvalə olundu
İdman 13:46 / 21.01.2025

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ” ilə Rumıniyanın "Styaua Buxarest” komandası arasında keçiriləcək VII tur oyununa təyinatlar açıqlanıb. Oyun Slovakiyadan olan hakimlər briqadasına həvalə edilib. Qarşılaşmada ədaləti Filip Qlova qoruyacaq. Ona yan xətt hakimləri Daniel Polas və Peter Bednar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivjak yerinə yetirəcək. VAR-da Mixal Oçenaş, onun köməkçisi isə Martin Dohal olacaq. Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyovadır.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq "Qarabağ” - "Styaua Buxarest” oyunu saat 21:45-də başlayacaq.

Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, Buxarest təsmilçisi isə 11 xalla 10-cu sırada qərarlaşıb.


235 oxunub

InvestAZ