"Barselona" və "Mançester Yunayted" ingiltərəli hücumçu Markus Reşfordun mövsümün sonuna qədər icarəsi ilə bağlı razılıq əldə edib. Sport.es xəbər verir ki, "Barselona"nın Reşfordun mövsüm üçün qalan maaşını (9 milyon avro) icarə müddətində ödəməyə hazırdır. Qeyd edək ki, Kataloniya təmsilçisi "Jirona"dan Erik Qarsiyanı da heyətə cəlb etmək planı üzərində işləyir.