"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo özünün "The Special One" adlı şərab brendini ictimaiyyətə təqdim edib. "Bütün işlərdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi mən öz şərabımı təqdim etməkdən qürur duyuram", - deyə Mourinyo brendə məxsus saytda qeyd edib.
Qeyd edək ki, şərabın üzərində Mourinyonun şəkili qeyd olunub. Bir şüşə qırmızı şərabın qiyməti 120 avrodur.