XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



«Ayaks» «Yuventus»u «Real»dan fərqləndirmədi
Foto 13:33 / 17.04.2019

Dünən axşam çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. İlk oyun günündə ilk yarımfinalçılar bəlli olub. "Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşıb. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar evdə də rəqibini məğlub edərək, yarımfinala yüksəlib. İspanlar bu mərhələdə "Portu" - "Liverpul" cütünün qalibi ilə üz-üzə gələcək.
Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edirb Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə yaxın görünsə də, hollandlar növbəti sensasiyaya imza atıblar. Turində 2:1 hesablı qələbə qazanan "Ayaks" "Real"dan sonra "Yuventus"u da ÇL-dən kənarlaşdırıb. Amsterdam təmsilçisi yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.

16 aprel

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0
Qollar: L.Messi, 16 (1:0), 20 (2:0), F. Koutinyo, 62 (3:0)
İlk oyun - 1:0
23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2
Qollar: K. Ronaldo, 28 (1:0), D. van de Bek, 34 (1:1), M. de Liht, 67 (1:2)
İlk oyun - 1:1

72674 oxunub

InvestAZ