XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Yardımlıda “Sağlam həyat” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
İdman 21:52 / 29.12.2025

Yardımlı rayonunda 50 nəfər idmançı və 20 nəfər rayon sakininin iştirak ilə "Sağlam həyat” layihəsi çərçivəsində açıq havada kütləvi idman tədbiri keçirilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə   Yardımlı rayon sahil stadionunda təşkil olunan tədbirdə atletika, şahmat, dama, futbol, voleybol, kəndirlə mübarizə və digər idman oyun növləri üzrə nümunəvi çıxışlar olub.

Tədbir yeniyetmələrin idmana cəlb olunması və rayonda kütləvi idman tədbirlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.


6771 oxunub

InvestAZ