İdman 22:08 / 29.12.2025
Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda B qrupunda üçüncü turun oyunlarına start verilib. Anqola millisi Adrar stadionunda Misir yığması ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Xallarının sayını 7-yə çatdıran Misir millisi 1/8 finala vəsiqə qazanıb. Anqola isə iki xalla qrup üçüncüsü olub.