XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Keçmiş dünya çempionu ölümdən son anda qurtuldu
İdman 21:44 / 29.12.2025

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Entoni Coşua ölümdən qayıdıb.

Olimpiyadunyasi.com xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli boksçu Nigeriyada ağır yol qəzası keçirib. Coşuanın kiçik xəsarətlər aldığı qəzada boksçunun 2 dostu dünyasını dəyişib. Qəzadan sonra sosial mediada Coşuanın avtomobilin arxa oturacağından enməyə çalışdığı və ətrafdakı vətəndaşların ona kömək etdiyi kadrlar əks olunub. Qəza tezliklə sosial mediada geniş rezonans doğurub. Şahidlər qəzadan əvvəl Coşuanın olduğu avtomobilin arxasında təhlükəsizlik işçiləri olan başqa bir avtomobilin olduğunu qeyd ediblər.


6992 oxunub

InvestAZ