XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Spiros Kapralos: “Bütün arenalar hazırdır”
Olimpiya oyunları 14:38 / 10.04.2019

Minskdəki idman qurğuları II Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Bunu II Avropa Oyunlarının koordinasiya komissiyasının sədri, Yunanıstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Spiros Kapralos deyib. S.Kapralos bildirib ki, hazırda bütün arenalar hazırdır. Təkcə arenalarda deyil, həm də burada işləyən və oyun zamanı bütün prosesləri idarə edəcək heyətin də hazırlığı yüksək səviyyədədir. II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Yarışlarda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək. Atletlər idmanın 15 növü üzrə 199 dəst medal uğrunda yarışacaqlar.
Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib.

64492 oxunub

InvestAZ