İdman 14:25 / 11.03.2026
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında yekun vurulacaq.
Mərhələnin ikinci oyun günündə daha dörd qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu Bakı vaxtı ilə saat 21:45-də"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə) komandaları arasında olacaq. Günün digər oyunları isə saat00:00-da start götürəcək. İspaniyanın "Real" klubu Madridə "Mançester Siti"ni (İngiltərə), Norveç təmsilçisi"Budyo Qlimt""Sportinq"i (Portuqaliya) qəbul edəcək. Paralel keçirilən digər oyunda isə Çempionlar Liqasının son qalibi PSJ isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq.