XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Ədalət təmsilçilərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil ediblər
İdman 16:35 / 10.03.2026

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda hakim kimi çıxış ediblər.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda, "B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Ülvi Əliyev və Rəşad Əliyev isə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunanböyüklər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.


218 oxunub

InvestAZ