İdman 13:44 / 10.03.2026
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü İvan Tixonov karyerasını başa vurub.
Bu barədəAzərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
30 yaşlı rusiyalı idmançının artıq Vətəninə qayıtdığı qeyd edilib.
Xatırladaq ki, 2018-ci ildən Azərbaycan yığmasında çıxış edən İvan Tixonov 2019-cu ildə Ştutqartda keçirilən dünya çempionatında göstərdiyi nəticə ilə Tokio-2020Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.