XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



BOK rəsmisi:​ büdcəyə yenidən baxmalıyıq
Olimpiya Hərəkatı 13:03 / 27.04.2020

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Qi Dryu​ 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yenidən planlaşdırılmasının vacibliyini diqqətə çatdırıb.​ Fransalı​ funksioner buna koronavirus pandemiyasının səbəb olduğunu vurğulayıb: "Hazırda yaşadığımız böhran gündəlik həyatımıza uzunmüddətli, eyni zamanda iqtisadi və sosial təsir göstərir. Bu, nəticəsiz qala bilməz. Hamımız bundan yeni insanlar kimi çıxacağıq, Olimpiya və Paralimpiya Oyunları da bu çərçivədə istisna deyil, fərqli şəkildə olmalıdır".​

Qi Dryu bildirib ki, hazırladıqları layihə artıq köhnəlib və hazırkı reallıqlarla əlaqəsi yoxdur: "Əvvəlcə​ olimpiadanın maliyyələşdirəcək​ büdcəyə yenidən baxmalıyıq. Paris-2024 barədə yenidən düşünüb, yeni dünyaya uyğunlaşdırmalıyıq".​

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio Olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək. Paris Yay Olimpiya oyunlarının 2024-cü ilin 26 iyul - 11 avqustunda keçirilməsi nəzərdə tutulub.


35482 oxunub

InvestAZ