XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Azərbaycan Badminton Federasiyası qadın və yeniyetmə məhkumlar üçün yarış keçirib
İdman 11:38 / 19.03.2026

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə əməkdaşlığı çərçivəsində qadın və yeniyetmə məhkumlar üçün yarış təşkil olunub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "İdman həyatdır" devizi altında keçirilən turnir 4 saylı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə baş tutub.

Yarışın keçirilməsində əsas məqsəd məhkumların sosial adaptasiyası, sağlamlıqlarının qorunması və asudə vaxtlarının səmərəli təşkilidir. Birincilik uğrunda mübarizə aparan qadın və yeniyetmə məhkumlar arasında qalib gələnlər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, məhkum edilmiş şəxslərin reinteqrasiyası və asudə vaxtının təşkili məqsədilə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq bənzər layihələr həyata keçirilir.


200 oxunub

InvestAZ