İdman 11:50 / 17.03.2026
FIFA dərəcəli hakim Əliyar Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsin oyununa təyinat alıb. Olimpiyadunyasi.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/8 final mərhələsinnin AEK (Larnaka, Kipr) – "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə hesab açılmayıb.