XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



MOK-un Atletlər Komissiyasının cari ildə ilk iclası keçirilib
İdman 16:23 / 18.03.2026

Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər.

Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərirlər.



296 oxunub

InvestAZ