XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Çempionlar Liqası: Bu gün 1/4 finalın son iştirakçıları müəyyənləşəcək
İdman 12:17 / 18.03.2026

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Mərhələnin son oyun günündə daha dörd qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu İspaniyada "Barselona" və İngilərənin "Çelsi" klubları arasında olacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək. Günün digər oyunları isə saat 00:00 başlayacaq. ilk oyunda Türkiyədə minimal hesabla (1:0) qalib gələn "Qalatasaray" səfərdə İngiltərənin "Liverpul" klubunun qonağı olacaq."Bavariya" səfərdə 6:1 hesabı ilə məğlub etdiyi İtaliyanın "Atalanta" klubunu bu dəfə doğma meydanda qəbul edəcək."Totenhem" İspaniyada 5:2 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə doğma meydanda üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən ilk dörd oyundan sonra PSJ (Fransa), "Real" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki


85 oxunub

InvestAZ