XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Milan-Kortina-2026-da ulduz idmançılar yarışacaq - FOTO
İdman 15:01 / 03.02.2026

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında sabah mübarizəyə start veriləcək. 94 ölkədən 2900 idmançının (1538 kişi, 1362 qadın) 16 idman növü üzrə mübarizəsi böyük həyəcanla gözlənilir. İştirakçı ölkələr arasında favorit idmançıların çıxışları isə diqqət mərkəzində olacaq.

Olimpiyadunyasi.com həmin idmançılar barəsində yazını təqdim edir.

ABŞ millisinin heyətində yer alan Cordan Holts İtaliyaya 5 qızıl medal qazanmaq üçün yollanıb. Sürətli konkisürmə yarışlarında azarkeşlər onun necə çıxış edəcəyini səbirsizliklə gözləyirlər.

Qış idman növləri üzrə çıxış edən idmançılar arasında niderlandlı Yutta Leerdamın da pərəstişkarları az deyil. 27 yaşlı cazibədar konkisürən Pekin-2022 Qış Olimpiadasında əldə etdiyigümüş medaldan sonra İtaliyada qızıl mükafat qazanmaq əzmindədir. Çıxış etdiyi idman növündə əsas favorit sayılan, dəfələrlə dünya və Avropa çempionu olan Yutta Leerdam üç məsafədə (500, 1000 və 1500 m) yarışacaq.

Norveçli Yohannes Klebo beşnövçülükdə əsas simalardana biri hesab olunur. O, Olimpiya mükafatlarındaamerikalı üzgüçü Maykl Felpsdən sonra ikinci yeri tutmaq üçün altı qızıl medal əldə etməyə cəhd edəcək. ABŞ millisinin heyətində yer alan Kayli Hamfris 40 yaşında analıq məzuniyyətindən qayıdaraq, bobsleydə dördüncü qızıl medal uğrunda mübarizəyə qoşulacaq. Bu olimpiadaya qədər medalları sıralayan almaniyalı bobsley cütlüyü Françesko Fridrix və Torsten Marginsin çıxışı maraqla gözlənilir. Xizək alpinizmində ispaniyalı Oriol Kardona Koll Pekin-2022-dən bəri məğlubiyyətsizliyini qorumağa çalışacaq. Kanadalı hokkey əfsanəsi Sidni Krosbi idmançı karyerasını üçüncü Olimpiya qızıl medalı ilə başa vura bilər. Kirşə idmanında Tobias Wendl və Tobias Arlt (Almaniya) ardıcıl dördüncü dəfə dubl etməyi qarşıya məqsəd qoyublar. Cütlük buna qədər Soçi, Pxençxan və Pekində iki qızıl medala yiyələnib. Kanadanın konkisürmə yarışlarındakı idmançısı Uilyam Dandjinou Olimpiya çempionu ola bilər. Xizəklətullanma yarışlarında Sloveniyanı təmsil edəcək Domen və Nika Prevç qardaşları favoritlərdən sayılırlar. Fiqurlu konkisürən İlya Malinin (ABŞ) bir proqramda yeddi dəfə dördqat tullanma edən ilk idmançıdır. Snoubordda Xloe Kim (ABŞ), Ester Ledeçka (Çexiya) və Anna Qasser (Avstriya) tarixi nailiyyət, ardıcıl üç Olimpiya qələbəsi uğrunda mübarizəyə qoşulacaqlar. Marie-Philippe Poulin (Kanada) hokkey yarışlarında, sərbəst xizəkdə Ailin Gu (Çin) isə favorit hesab olunurlar. Kanadalı fristaylçı Mikaelle Kinqsburi (Kanada) moqul yarışlarında 100-cü qələbəsinin sevincini yaşayır. 41 yaşlı amerikalı Lindsi Vonn aldığı zədələrə və yaşına baxmayaraq yenidən dağ xizəyinə qayıdıb. Nəhəng slalomda Pekin-2022-ni fəth edən isveçrəli Marko Odermatt üç növdə favoritdir. Qarışıq kerlinqdə İtaliyadan Stefania Kostantini və Amos Mosanqer məğlubiyyətsizdirlər. Fransalı biatlonçu Erik Perro yeni liderlərdən sayılır. İtaliyalı Doroteya Vierer idmançı karyerasını doğma azarkeşlər önündə medallarla başa vurmağı hədəf seçib. Məlumat üçün bildirək Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına qoşulan cazibədar idmançılardan sayılan Doroteya bundan əvvəlki üç olimpiadada bürünc mükafatlara yiyələnmişdi.

Qeyd edək ki, adları çəkilən idmançıların bəziləri üçün bu olimpiada sonuncu mübarizə kimi yadda qalacaq. Bundan əlavə XXV Qış Olimpiya Oyunlarında yeni nəticələr və idmançılar dünya mediasının manşetlərini zəbt edəcək.

Anar Əhmədov


124 oxunub

InvestAZ