XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Millimiz "Böyük Dəbilqə" turnirində 8 idmançı ilə təmsil olunacaq
İdman 15:01 / 03.02.2026

Azərbaycanı fevralın 7–8-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə” turnirində təmsil edəcək cüdoçular bəlli olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 idmançımız mübarizə aparacaq.

Turnirdə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.

Qeyd edək ki, "Böyük Dəbilqə”də 82 ölkədən 526 cüdoçu qüvvəsini sınayacaq.


143 oxunub

InvestAZ