XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026



Azərbaycan nümayəndə heyətinin Qış Olimpiadasına yollanacağı tarix müəyyənləşib 
İdman 13:39 / 03.02.2026

Azərbaycan Olimpiya komandası XXV Qış Olimpiya Oyunlarında iştirak etmək üçün yaxın günlərdə İtaliyaya yola düşəcək.
Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevin Olimpiyadunyasi.com-a verdiyi məlumata görə, nümayəndə heyətinin səfəri fevralın 5-nə planlaşdırılıb. Onun sözlərinə görə ölkəmizi Oyunlarda iki idmançı təmsil edəcək.

"Olimpiadada komandanın şef de-missonu Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçiriləcək Oyunlarda ölkəmiz iki idmançı ilə təmsil olunacaq. Dağ xizəyi üzrə üzrə yarışlarda Anastasiya Papatoma, fiqurlu konkisürmə növündə isə Vladimir Litvintsev mübarizə aparacaq. Vladimir Litvintsev fevralın 10-da, Anastasiya Papatoma isə fevralın 18-də çıxış edəcək”, - deyə Murad Fərzəliyev bildirib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 4-də körlinq üzrə yarışlarla start götürəcək. Olimpiadanın rəsmi açılış mərasimi fevralın 6-da, bağlanış mərasimi fevralın 22-də təşkil olunacaq. Gender bərabərliyi qaydalarına uyğun olaraq, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı birlikdə daşıyacaq.


150 oxunub

InvestAZ