Milli komandanın iki üzvü olimpiadadan kənarda qalacaq
İdman 16:35 / 02.02.2026
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında buz hokkeyi üzrə yarışlarda iştirak edəcək İsveç milli komandasının heyətində dəyişikliklər olub.
"Minnesota Wild” komandasının hücumçusu Markus Yohansson və "Boston Bruins”in müdafiəçisi Hampus Lindholm zədəli hücumçu Leo Karlssonu ("Anaheim Ducks”) və Jonas Brodini ("Minnesota Wild”) əvəz edəcəklər.
Son məlumatlara görə yanvarın 16-da Karlsson sol ombasından əməliyyat olunub. Onun üç-beş həftə oynaya bilməyəcəyi bildirilir. Brodin isə sonuncu dəfə yanvarın 12-də meydana çıxıb, o da zədəlilər siyahısına daxil edilib.
Məlumat üçün bildirək ki, bu mövsüm Yohansson komandası üçün 48 oyunda 34 xal (13 qol, 21 məhsuldar ötürmə) toplayıb. "Boston Bruins”in komandasının oyunçusu Lindholm bu mövsüm 39 oyunda 16 xal (3 qol, 13 məhsuldar ötürmə) toplayıb.
147 oxunub