XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanan komandaların sayı 28-ə çatıb
İdman 11:49 / 15.10.2025

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında indiyədək 28 ölkənin iştirakı rəsmiləşib.

Son olaraq İngiltərə, Seneqal, Qətər, Səudiyyə Ərəbistanı və Fil Dişi Sahili milliləri mundiala vəsiqə qazanıblar.

Üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə seçmələri də turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.


9939 oxunub

InvestAZ