XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Şahmat millimiz Avropa çempionluğunun bir addımlığında 
İdman 13:17 / 14.10.2025
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı yekunlaşmaq üzrədir.
Bu gün qitə çempionatının sonuncu - IX turunun görüşlərinə start veriləcək. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət komandamız son turda Serbiya millisi ilə qarşılaşacaq. Hazırda 8 turdan sonra komandamız 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Komandamız bu gün Serbiya üzərində qələbə qazanacağı təqdirdə dördüncü dəfə çempion adına layiq görüləcək.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb.
Qadından ibarət komandamız isə bu gün Polşa ilə üz-üzə gələcək. Heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyevanın yer aldığı komanda 10 xalla altıncıdır.

9143 oxunub

InvestAZ