XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Yardımlıda atletika üzrə rayon turniri keçirilib
İdman 15:18 / 04.08.2025
Yardımlı rayonunda "12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə atletika idman növü üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı İdman Kompleksində təşkil olunan turnirdə 36 idmançı qüvvəsini sınayıb. Yarışda ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunub.
Yeniyetmə və gənclərin idmana marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olmaq, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili ilə bağlı olan turnir rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

12499 oxunub

InvestAZ