XƏBƏR LENTİ
30 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Cüdo millimiz dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir
İdman 11:50 / 03.06.2025
Kişilərdən ibarət yığmamız dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir. Cüdoçularımız Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb olunublar. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.
Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

5604 oxunub

InvestAZ