XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Avstriyanın Vyana şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) növbəti seminarı keçirilir
Olimpiya oyunları 11:19 / 19.05.2019


Tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un marketinq direktoru Mehman Kərimov təmsil edirlər.
Seminar çərçivəsində "İdmanın Avropa modeli”, "Olimpiya idman tədbirləri”, "Avropada idmanın təbliğində qadının rolu”, "Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, "İdmanda yüksək texnologiyalar”, "İdmanın kommersiyalaşdırılması”, "İdman və urbanizasiya” mövzularında sessiyalar keçirilir.
Tədbir çərçivəsində "Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı, "Minsk-2019” Avropa Oyunları, "Tokio-2020” və "Paris-2024” Yay Olimpiya Oyunlarına dair hesabat və fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunub. Əlavə olaraq, Ümumdünya Antidopinq Agentliyinin məruzəsi və Kiçik Avropa Ölkələrinin Oyunları gündəlikdə olan məsələlər sırasındadır.
Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə "Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək. Sonda 2020-ci ildə AOK-un 41-ci seminarının keçiriləcəyi ölkənin adı açıqlanacaq.

62213 oxunub

InvestAZ