Sabah İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı start götürəcək. Çempionatda Azərbaycanı altı idmançı təmsil edəcək. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) mübarizə aparacaqlar. Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında qüvvəsini sınayacaq.
Qitə çempionatına mayın 20-də yekun vurulacaq.
47267 oxunub