SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Məryəm Cavadova: "Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm"

Məryəm Cavadova: \"Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm\"

İdman

Bugün, 00:35

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Məryəm Cavadova son yarışdakı çıxışı ilə bağlı açıqlama verib.

Olimpiyadunyasi.com xəbər verir ki, idmançımız yarış ərəfəsində ciddi zədə almasına baxmayaraq, mübarizəni dayandırmadığını və ölkəmizi layiqincə təmsil etmək üçün bütün qüvvəsini səfərbər etdiyini bildirib:

"Təəssüf ki, startdan qısa müddət əvvəl ciddi çiyin zədəsi aldım. Bütün bunlara baxmayaraq, yarışda iştirak etmək və sona qədər mübarizə aparmaq qərarına gəldim. Nəticə gözlədiyim kimi olmasa da, qarşılaşdığım çətinlikləri və zədəni nəzərə alaraq, Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm."

Məryəm Cavadova gələcək planlarından və hədəflərindən danışarkən bərpa prosesinə diqqət ayıracağını və məşqlərinə yenidən tam gücü ilə davam edəcəyini vurğulayıb: "Qarşıda məni hələ çoxlu yarışlar gözləyir. Ümid edirəm ki, tezliklə tam sağalıb məşqlərimə qayıdacağam və növbəti turnirlərdə daha yüksək nəticələr göstərərək azarkeşlərimizi sevindirəcəyəm."

Dİgər xəbərlər