SON XƏBƏRLƏR
-
Bugün, 00:11
İdmanDakar-2026: Çin medal sıralamasında liderdir
-
06.11.2026, 23:45
İdmanDakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
-
06.11.2026, 21:05
İdmanSüleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
-
06.11.2026, 17:54
İdmanAzərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
06.11.2026, 17:01
İdmanAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
-
06.11.2026, 16:25
İdmanAzərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
-
06.11.2026, 16:14
İdmanAzərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
06.11.2026, 15:39
İdmanDakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
-
06.11.2026, 11:57
İdmanDakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
-
06.11.2026, 11:26
İdmanZəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
06.11.2026, 10:59
İdmanAzərbaycan Superliqası: Qadın voleybolçular arasında yeni mövsüm başlayır
-
06.11.2026, 10:06
İdmanBasketbol Liqasında VI tura start verilir
-
06.11.2026, 09:41
Olimpiya oyunlarıÜzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq
-
05.11.2026, 23:10
İdmanZəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
-
05.11.2026, 16:04
İdmanAvropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
-
05.11.2026, 13:22
Olimpiya oyunlarıDakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
-
05.11.2026, 13:13
İdmanDÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
-
05.11.2026, 13:01
İdmanDakar-2026-da mədəni irs simvolu
-
05.11.2026, 12:51
İdmanŞahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
-
05.11.2026, 12:43
Olimpiya oyunlarıDakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
-
05.11.2026, 12:25
Olimpiya oyunlarıDakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
-
05.11.2026, 12:05
İdmanDakar-2026-da yayım rekordu
-
05.11.2026, 11:47
İdmanBOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
-
05.11.2026, 11:36
Olimpiya oyunlarıDakar-2026: Gənc idmançılar BOK prezidentini avarçəkmə idman növü ilə tanış ediblər
-
05.11.2026, 11:13
İdmanYeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gələcəklər
-
05.11.2026, 10:58
İdmanFərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib
-
05.11.2026, 10:09
İdman"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
-
05.11.2026, 02:02
İdmanÇempionlar Liqası: "Sabah" Norveç səfərindən məğlubiyyətlə qayıdır
-
04.11.2026, 14:49
İdmanDakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
-
04.11.2026, 13:36
İdmanBOK prezidenti "Dakar-2026" qayayadırmanma stendini fəth edib
-
04.11.2026, 13:05
İdmanAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
-
04.11.2026, 12:57
İdmanFederasiya prezidenti Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
04.11.2026, 10:01
İdmanÇempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq
-
04.11.2026, 01:06
İdmanBaş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin Dakar-2026-dakı çıxışlarını dəyərləndirib
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Olimpiya oyunları
01.11.2026, 00:47
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Afrika qitəsində ilk dəfə təşkil olunan Oyunların açılış mərasiminə Abdulaye Vade stadionu ev sahibliyi edib.
Açılış proqramına əsasən, Afrikanın zəngin yerli mədəniyyətini, Seneqalın tarixi və adət-ənənələrini nümayiş etdirən xüsusi səhnələr canlandırılıb. Yerli etnoqrafik motivləri əks etdirən genişmiqyaslı açılış şousu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi hissədə hərbçilərin iştirakı ilə Seneqalın dövlət bayrağı stadiona gətirilib. Açılış mərasiminin əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstanın nümayəndə heyəti yer alıb. Daha sonra digər ölkələrin nümayəndə heyətləri ilə birgə Azərbaycan komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı üzgüçülərimiz - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşıyıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye açılış mərasimində çıxış edərək bu mötəbər idman tədbirinin ilk dəfə Afrika qitəsində təşkil olunmasının tarixi əhəmiyyətini vurğulayıb.
O, çıxışında Oyunların reallaşmasında əməyi olan Seneqal rəhbərliyinə, Beynəlxalq Olimpiya Komitəsinə və Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, uzun və çətin hazırlıq prosesindən sonra Dakar dünyanın müxtəlif ölkələrindən gələn gənc idmançıları qəbul etməkdən qürur duyur.
Mamadou Diaqna Ndiaye Olimpiya məşəlinin Seneqalın 14 regionunu əhatə edən səyahətinin xalqı bir araya gətirdiyini, Oyunların isə təkcə idman yarışları deyil, həm də dostluq, birlik, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması olduğunu diqqətə çatdırıb.
Təşkilat Komitəsinin prezidenti gənc idmançılara müraciətində onları rəqabətlə yanaşı, dostluğa və qarşılıqlı dəstəyə də önəm verməyə çağırıb. O vurğulayıb ki, Dakar-2026-nın əsas məqsədi medallar və rekordlarla yanaşı, gənclər arasında birlik və həmrəylik ruhunu gücləndirməkdir.
O, həmçinin Oyunların Seneqal üçün davamlı irs formalaşdıracağını, yarışlar üçün yaradılan idman infrastrukturunun gələcəkdə də yerli əhaliyə xidmət edəcəyini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri açılış mərasimində çıxış edərək Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının Afrika qitəsində təşkil olunmasını tarixi hadisə kimi qiymətləndirib.
BOK prezidenti bu məqamın təkcə Seneqal və Afrika üçün deyil, bütövlükdə Olimpiya Hərəkatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, Oyunların yüksək səviyyədə təşkili və idmançılara göstərilən qonaqpərvərliyə görə Təşkilat Komitəsinə, könüllülərə və Seneqal əhalisinə təşəkkürünü çatdırıb.
Kirsti Koventri qeyd edib ki, Dakar-2026-nın əsas xüsusiyyətlərindən biri gənclərin təşkilati prosesin mərkəzində dayanmasıdır. Onun sözlərinə görə, təkcə gənc idmançılar deyil, Seneqalın gəncləri də öz ideyaları, yaradıcılıqları və fəallıqları ilə bu Oyunların ərsəyə gəlməsinə töhfə veriblər.
BOK prezidenti gənc idmançılara müraciətində onları cəsarətli olmağa, yeni dostlar qazanmağa, müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmağa və yarışlardan zövq almağa çağırıb. O bildirib ki, idman insana özünə inam qazandırır, böyük arzular qurmağa və yeni imkanlar əldə etməyə şərait yaradır.
Kirsti Koventri çıxışının sonunda bütün iştirakçıları Dakar-2026-nın hər anını dəyərləndirməyə çağırıb.
Sonra Seneqal Respublikasının Prezidenti Bassiru Diomay Fayeni Oyunları açıq elan edib.
Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Ardınca Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.
Noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayırlar. Afrika qitəsində ilk dəfə təşkil olunan Olimpiya tədbirində Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunur. İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparırlar. Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edir.