SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb

İdman

Bugün, 03:39

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçumuz İbrahim Talıbov, yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və komandanın həkimi Şahin Məmmədov Vətənə qayıdıblar. 

Olimpiyadunyasi.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə qızıl medalı komandamıza cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.  

Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Dİgər xəbərlər