SON XƏBƏRLƏR
-
Bugün, 00:11
İdmanDakar-2026: Çin medal sıralamasında liderdir
-
06.11.2026, 23:45
İdmanDakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
-
06.11.2026, 21:05
İdmanSüleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
-
06.11.2026, 17:54
İdmanAzərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
06.11.2026, 17:01
İdmanAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
-
06.11.2026, 16:25
İdmanAzərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
-
06.11.2026, 16:14
İdmanAzərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
06.11.2026, 15:39
İdmanDakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
-
06.11.2026, 11:57
İdmanDakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
-
06.11.2026, 11:26
İdmanZəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
06.11.2026, 10:59
İdmanAzərbaycan Superliqası: Qadın voleybolçular arasında yeni mövsüm başlayır
-
06.11.2026, 10:06
İdmanBasketbol Liqasında VI tura start verilir
-
06.11.2026, 09:41
Olimpiya oyunlarıÜzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq
-
05.11.2026, 23:10
İdmanZəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
-
05.11.2026, 16:04
İdmanAvropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
-
05.11.2026, 13:22
Olimpiya oyunlarıDakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
-
05.11.2026, 13:13
İdmanDÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
-
05.11.2026, 13:01
İdmanDakar-2026-da mədəni irs simvolu
-
05.11.2026, 12:51
İdmanŞahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
-
05.11.2026, 12:43
Olimpiya oyunlarıDakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
-
05.11.2026, 12:25
Olimpiya oyunlarıDakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
-
05.11.2026, 12:05
İdmanDakar-2026-da yayım rekordu
-
05.11.2026, 11:47
İdmanBOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
-
05.11.2026, 11:36
Olimpiya oyunlarıDakar-2026: Gənc idmançılar BOK prezidentini avarçəkmə idman növü ilə tanış ediblər
-
05.11.2026, 11:13
İdmanYeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gələcəklər
-
05.11.2026, 10:58
İdmanFərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib
-
05.11.2026, 10:09
İdman"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
-
05.11.2026, 02:02
İdmanÇempionlar Liqası: "Sabah" Norveç səfərindən məğlubiyyətlə qayıdır
-
04.11.2026, 14:49
İdmanDakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
-
04.11.2026, 13:36
İdmanBOK prezidenti "Dakar-2026" qayayadırmanma stendini fəth edib
-
04.11.2026, 13:05
İdmanAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
-
04.11.2026, 12:57
İdmanFederasiya prezidenti Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
04.11.2026, 10:01
İdmanÇempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq
-
04.11.2026, 01:06
İdmanBaş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin Dakar-2026-dakı çıxışlarını dəyərləndirib
Emin İskəndərov: “İbrahim verdiyi sözə əməl etdi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu”
Müsahibə
01.11.2026, 21:24
“İbrahim Talıbovun Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu olması mənim üçün həm böyük sevinc, həm də məşqçilik fəaliyyətimdə xüsusi zirvədir”.
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışlarında idmançımız İbrahim Talıbovun -55 kq çəki dərəcəsində qızıl medal qazanmasından sonra yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov deyib.
Baş məşqçi qeyd edib ki, İbrahimin qazandığı qələbə onun üçün xüsusi əhəmiyyət daşıyır: “2018-ci ildə Vüqar Talıbovun məşqçisi kimi fəaliyyət göstərirdim və o, Buenos-Ayres-2018-də yeniyetmələrin Olimpiya çempionu oldu. Səkkiz ildən sonra isə baş məşqçi kimi özüm idmançı hazırlayıb, olimpiadaya gətirdim. Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur. Burada hər şey Olimpiya ab-havasındadır. Yarış yüksək səviyyədə təşkil olunub”, - deyə baş məşqçi qeyd edib.
Emin İskəndərov idmançımızın rəqibləri barədə də danışıb: “Rəqiblər zəif deyildi, amma İbrahim onların öhdəsindən gələ biləcək gücdə idi. Bununla belə, Olimpiya Oyunlarının öz həyəcanı, ab-havası və məsuliyyəti var. İbrahim də müəyyən qədər həyəcanlı idi. Şükürlər olsun ki, onu bu vəziyyətdən çıxara bildim. İbrahim mənə verdiyi sözə əməl etdi, Yeniyetmələrin Olimpiya çempionu oldu. O, yarışdan əvvəl mənə demişdi ki, “Mən sözümü doğruldacağam və sizi iki Olimpiya çempionu yetişdirmiş məşqçi kimi tanıtdıracağam”. Sağ olsun, verdiyi sözə əməl etdi.
Fürsətdən istifadə edib, bizə dəstək olan Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Emin İskəndərov qeyd edib.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növündə 13 idmançı ilə mübarizə aparır.