SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Süleyman İsmayılzadə Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib

Süleyman İsmayılzadə Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib

İdman

Bugün, 00:21

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən üzgüçümüz Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparıb.  

Olimpiyadunyasi.com xəbər verir ki, gərgin rəqabət şəraitində keçən yarışda təmsilçimiz məsafəni 3:59.46 saniyəyə qət edərək final mərhələsini 8-ci pillədə başa vurub.  

 Yarışdan sonra təəssüratlarını bölüşən idmançımız çıxışını belə qiymətləndirib: “Bu gün 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında çox gərgin rəqabət oldu. Nəticə istədiyim kimi olmadı, amma buna baxmayaraq, biz məşqlərə davam edirik. Qarşıda məni 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışları gözləyir. İnşallah, orada nəticəmi yaxşılaşdıracağam”.

 Xatırladaq ki, Süleyman İsmayılzadə noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında da mübarizə aparacaq.

Dİgər xəbərlər