SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub

Dakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub

İdman

Bugün, 14:39

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bayraqdarımız 400 metr məsafəyə sərbəst üsulla üzmədə çıxış edib.

Təmsilçimiz məsafəni 3:59.46 saniyəyə qət edərək final mərhələsini 8-ci pillədə başa vurub.

Süleyman İsmayılzadə noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında da mübarizə aparacaq. 

Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb. 

Dİgər xəbərlər