SON XƏBƏRLƏR
-
Bugün, 20:14
İdmanAzərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı
-
Bugün, 18:28
İdmanGüləşçimiz dünya çempionatında bürünc medal qazandı
-
Bugün, 15:08
Olimpiya oyunlarıDakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı
-
Bugün, 14:23
Olimpiya oyunlarıCüdoçumuz Dakar-2026-ya qələbə ilə başladı
-
Bugün, 14:02
Gündəm“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib
-
Bugün, 09:45
İdmanAzərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
-
Bugün, 00:47
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
-
31.10.2026, 22:28
İdmanCüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı
-
31.10.2026, 22:05
İdmanAzərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
-
31.10.2026, 21:52
GündəmMillimizin bütün təmsilçiləri cüdo üzrə Asiya Kubokunda mükafatçılar sırasında yer aldılar
-
31.10.2026, 21:12
İdmanDakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub
-
31.10.2026, 20:36
İdmanUşanqi Kokauri "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı
-
31.10.2026, 19:03
GündəmSərbəst güləşçimiz dünya çempionatında gümüş medal qazandı
-
31.10.2026, 18:56
İdmanDakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşdi
-
31.10.2026, 18:00
İdmanOlimpiya mükafatçımız Astanadakı dünya çempionatında bürünc medal qazandı
-
31.10.2026, 17:38
İdmanİki sərbəst güləşçimiz dünya çempionatının yarımfinalında
-
31.10.2026, 17:22
MOKAbşeron-Xızı cüdo çempionatının qalibləri müəyyənləşib
-
30.10.2026, 20:55
MOKCüdoçumuz U-23 Avropa çempionatında qızıl medal qazandı
-
30.10.2026, 19:56
GündəmPrezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
-
30.10.2026, 19:15
İdmanOlimpiya mükafatçımız "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
-
30.10.2026, 17:39
MOKDakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
-
30.10.2026, 17:11
Olimpiya HərəkatıSərbəst güləşçimiz dünya çempionatının finalında
-
30.10.2026, 16:32
İdman“Qələbə qaçışı”nda rekord sayda iştirakçı olacaq
-
30.10.2026, 15:44
İdmanZəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
30.10.2026, 14:48
İdmanAMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
-
30.10.2026, 14:21
İdman"Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
30.10.2026, 11:01
İdmanNeapolda U-23 Avropa çempionatına start verilir
-
30.10.2026, 10:47
İdman"Böyük Dəbilqə": Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
-
30.10.2026, 10:41
İdmanMisli Premyer Liqasında X tura start verilir
-
30.10.2026, 10:36
İdmanBasketbol Liqasında V tur həyəcanı başlayır
-
30.10.2026, 10:15
İdmanFIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
-
29.10.2026, 19:12
İdman"Böyük Dəbilqə" turnirində növbəti qızıl medal
-
29.10.2026, 19:01
İdmanKönül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub
-
29.10.2026, 15:28
İdmanMədəni irsimizin və yaddaşımızın güzgüsü: idman tarixi, zorxanalar və inkişaf yolumuz
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib
Gündəm
Bugün, 14:02
Vətən müharibəsindəki Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi “Qələbə qaçışı” keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış “Qürurla irəli” şüarı altında baş tutub.
Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.
Vətən müharibəsi şəhidlərinin övladları builki “Qələbə qaçışı”nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.
Bu il “Qələbə qaçışı”na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.
Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər keçirilib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.
Xeyriyyə məqsədi ilə təşkil olunan yarış çərçivəsində qeydiyyatdan əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.