XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio-2020 Olimpiadasının biletləri satışa çıxarılacaq
Olimpiya Hərəkatı 10:19 / 19.04.2019


Gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya və XVI Paralimpiya Oyunlarının ilk biletləri mayın 9-da satışa çıxarılacaq.
Bu barədə təşkilat komitəsi məlumat yayıb. Biletlərin ilk komplekti xüsusi lotereya vasitəsilə satışa çıxarılacaq. Bu biletləri əldə etmək istəyənlər oyunların saytında qeydiyyatdan keçməli və bu barədə müraciət yerləşdirməlidirlər. Biletlərin potensial alıcıları Yaponiya ərazisində yaşamalıdırlar. Lotereyanın nəticələri iyunun 20-də elan ediləcək.
Cari ilin payızında biletlərin satışının ikinci mərhələsi başlanacaq. Bu mərhələdə ilk turda müraciət edən, lakin bilet ala bilməyənlər iştirak edəcəklər. Oyunlara biletlərin sərbəst satışına yalnız 2020-ci ilin yazında başlanacaq.
Təşkilatçılar bildiriblər ki, tamaşaçılara təklif edilən milyonlarla biletin qiyməti 2500 yen (təqribən 22 dollar), əsas paket üçün isə 8000 yen (təqribən 72 dollar) müəyyən edilib.


39182 oxunub

InvestAZ